ABŞ rəhbərliyinin İranla bağlı ziddiyyətli bəyanatları nüvə sazişi üzrə danışıqlar prosesini çətinləşdirir.
“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın yeni nüvə razılaşmasına nail olmaq üçün tez hərəkət etməli olduğunu, bunu etməyəcəyi halda pis bir şey olacağını bildirmişdi.
“ABŞ rəhbərliyinin ziddiyyətli mövqeləri və bəyanatları danışıqlar prosesinin əksər hissəsini çətinləşdirir. Bu, həmçinin ABŞ-nin ciddiliyi və diplomatik prosesin məqsədəuyğunluğuna uyğun hərəkət etməyə hazır olması ilə bağlı şübhələri artırır. İslam Respublikası mediadakı çaxnaşmalara baxmayaraq, beynəlxalq hüquq və razılaşmalar çərçivəsində öz əsas maraqlarını dəstəkləməkdə davam edəcək”, - İran xarici işlər nazirinin adından yayılan bəyanatda deyilir.