RU

Tramp–Putin görüşü ilə bağlı SON DƏQİQƏ - Hazırlıqlar başladı

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir.

Hazırda bu danışıqların harada və nə zaman keçiriləcəyi, eləcə də görüşdə müzakirə olunacaq mövzular müəyyənləşdirilir.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

"Prezident [Tramp] bu görüşlə bağlı təklifini artıq ictimai şəkildə səsləndirib. Belə bir görüşün təşkili müəyyən hazırlıq işləri tələb edir. Ona görə də hazırda konkret olaraq görüşün yeri və tarixi barədə dəqiq bir şey deyə bilmərəm, lakin prezident bu görüşü keçirmək istəyir. O, bunu mümkün qədər tez etmək niyyətindədir. Mən düşünürəm ki, Rusiya tərəfi də bu məsələyə hazır olduğunu bildirib. Hazırda əsas məsələ tərəflərin bir araya gəlməsi, görüşün harada və nə vaxt baş tutacağını, eləcə də nəyin müzakirə olunacağını müəyyən etməkdir", – deyə Rubio CBS News-a verdiyi müsahibədə bildirib.

"Əslində bu çıxılmaz vəziyyətdən çıxışa kömək edə biləcək yeganə yol bəlkə də Tramp və Putin arasında birbaşa dialoqdur. Tramp bunun baş verməsinin vacibliyinə açıq şəkildə inandığını və arzuladığını bildirib. Ümid edirəm ki, bu görüş tezliklə baş tutacaq", – deyə ABŞ-ın baş diplomatı əlavə edib.

Bundan əvvəl Tramp sosial şəbəkə Truth Socialda paylaşım edərək, 19 may saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Putinlə telefon danışığı aparacağını açıqlamışdı. ABŞ prezidenti bu danışıqda əsas müzakirə mövzularının Ukrayna münaqişəsinin həlli və ticarət məsələləri olacağını qeyd etmişdi. Tramp əlavə etmişdi ki, Rusiya lideri ilə söhbətdən sonra Vladimir Zelenski və NATO ölkələrinin liderləri ilə də danışacaq. Tramp və Putin arasında sonuncu telefon danışığı 18 martda baş tutmuşdu.

Musavat.com

Избранный
0
3
musavat.com

10Источники