RU

Rubio və Lavrov sülp planını müzakirə etdilər

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Birləşmiş Ştatların təklif etdiyi sülh planı barədə danışıb.

Məlumatı Dövlət Departamenti (DD)yayıb.

DD-nin mətbuat katibi Temmi Brüs bildirib: "Dövlət katibi Rubio mayın 16-da İstanbulda Rusiya-Ukrayna danışıqları zamanı əldə olunan əsir mübadiləsi razılaşmasını alqışlayıb və prezident Trampın sərt mesajını çatdırıb: Birləşmiş Ştatlar Rusiya-Ukrayna müharibəsinə birdəfəlik son qoymaq istəyir. ABŞ-nin təklif etdiyi hərtərəfli sülh planı irəliyə doğru ən yaxşı yoldur".

Xatırladaq ki, Tramp bazar ertəsi V.Putinə, daha sonra isə V.Zelenskiyə zəng etməyi planlaşdırır. \\Teleqraf.az

Избранный
0
7
hurriyyet.az

8Источники