Alov istifadədən çıxarılmış avtomobil zibilxanasını və metal qalaqlarını əhatə edərək yüzlərlə maşını məhv edib. Yanğın yerindən qalxan qatı qara tüstü sütunu, hətta Oldenburqdan 30 kilometr məsafədə yerləşən Bremen şəhərindən belə görünür. Ajans.az xəbər verir ki, bu barədə "Bild na russkom" Telegram kanalı xəbər verir. Şahidlər yanğın yerində eşidilən çox sayda partlayış barədə məlumat verirlər. Bunun səbəbi avtomobillərin yanacaq baklarının alışmasıdır. Təcili yardım xidmətləri qatı tüstülənmə və sağlamlıq təhlükəsi səbəbindən yerli sakinlərə pəncərələri bağlı saxlamağı tövsiyə etdi. Yaxınlıqdakı avtomobil yolu sürücülərin təhlükəsizliyi üçün bağlanıb. Hadisə yerində təxminən 200 yanğınsöndürən çalışır və yanğını lokallaşdırmaq və söndürmək üçün bütün səylərini göstərirlər. İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi hələ məlum deyil və mütəxəssislər tərəfindən araşdırılır.