RU

ABŞ-nin müsəlman icması Trampın fələstinlilərin Liviyaya köçürülməsi planını pislədi

BAKI, 17 may. TELEQRAF

Amerika-İslam Əlaqələri Şurası fələstinlilərin Liviyaya köçürülməsi planını əxlaqi cəhətdən qəbuledilməz və bəşəriyyətə qarşı tarixi cinayət kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Şuranın bəyanatında deyilir.

"Əgər Tramp administrasiyasının bir milyon fələstinlinin Qəzzadan Liviyaya məcburi köçürülməsini planlaşdırması xəbəri həqiqətdirsə, bu plan müasir tarixdə görünməmiş etnik təmizləmə aktının təcəssümüdür", - təşkilatın icraçı direktoru Nihad Əvad deyib.

"Bu müharibə cinayətində iştirak edən hər hansı ölkə və ya qurum haqlı olaraq bütün dünya tərəfindən pislənəcək”, - bəyanatda deyilir.

Xatırladaq ki, “NBC News” nəşri Tramp administrasiyasının Qəzza zolağından təxminən bir milyon fələstinlinin Liviyaya daimi köçürülməsi planı üzərində işlədiyi barədə xəbər yayıb. Məlumata görə, fələstinlilərin məskunlaşdırılması müqabilində administrasiya ABŞ-də dondurulmuş milyardlarla dollar vəsaiti Liviyaya qaytarmağa hazırdır.

Избранный
0
4
teleqraf.com

10Источники