RU

ABŞ 1 milyon fələstinlinin Liviyaya köçürülməsi planı üzərində çalışır

BAKI, 17 may. TELEQRAF

Tramp administrasiyası Qəzza zolağından təxminən bir milyon fələstinlinin Liviyaya daimi köçürülməsi planı üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə “NBC News” beş məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, plan kifayət qədər ciddi şəkildə nəzərdən keçirilir. ABŞ-nin bu məsələ ilə bağlı Liviya rəhbərliyi ilə müzakirələr apardığı bildirilir.

Fələstinlilərin məskunlaşdırılması müqabilində administrasiya ABŞ-də dondurulmuş olan milyardlarla dollar vəsaiti Liviyaya qaytaracaq.

Избранный
0
4
teleqraf.com

10Источники