RU

Gəncədə 31 yaşlı kişi restoranda bıçaqlanıb

Gəncə şəhərində 31 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən restoranların birində qeydə alınıb.

Mübahisə zəminində bıçaq xəsarəti alan 1994-cü il təvəllüdlü Y.İbrahimov xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
40
report.az

10Источники