RU

KİV: İngiltərənin cənubunda tarixi avtomobil istehsalı mərkəzi yanır

İngiltərənin Oksfordşir qraflığında tarixi avtomobil istehsalı mərkəzi yanır, partlayış səsləri eşidilir.

“Report” xəbər verir ki, bu barədə “Mirror” qəzeti yerli hakimiyyətə istinadən məlumat yayıb.

Yerli şuranın üzvü Sem Hollandın sözlərinə görə, yanğın ocağı keçmiş aviabaza ərazisində yerləşən “Bicester Motion” kompleksində yerləşir. Burada klassik avtomobillərin bərpası ilə məşğul olan 50-dən çox ixtisaslaşmış müəssisə fəaliyyət göstərir.

Qraflığın xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, yanğınla mübarizədə on yanğınsöndürən briqada iştirak edir.

Yanğın ərazisi üzərində bir neçə kilometr məsafədən görünən qalın tüstü buludları qalxır. Yerli sakinlərə pəncərələri bağlamaq və küçəyə çıxmamaq tövsiyə edilir.

Избранный
0
50
report.az

10Источники