RU

Qətər 400 milyon dollarlıq təyyarənin Trampa hədiyyə verildiyini təkzib etdi

"Qətər ABŞ Prezidenti Donald Trampa "Boeing 747-8" hədiyyə etməyi planlaşdırmır, bu, çox sadə hökumətlərarası sazişdir".

Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Qətərin Baş naziri, eyni zamanda Xarici İşlər Nazirliyinin rəhbəri şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani çıxış edib.

O qeyd edib ki, bu məsələ Qətər Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi arasında müzakirə edilib.

"Təyyarənin təqdim edilməsində qanunsuzluq aşkar olunarsa, onun təhvil verilməsi təklifi geri götürüləcək", - deyə Məhəmməd bin Əbdürrəhman Al-Tani vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Qətər rəsmilərinin ABŞ Prezidenti Donald Trampa 400 milyon dollarlıq "Boeing 747-8" təyyarəsini hədiyyə edəcəyi ilə bağlı məlumat yayılmışdı.

Избранный
0
50
avtosfer.az

10Источники