BAKI, 14 may. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Avropa İnvestisiya Bankının direktoru Lionel Rapay ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.
"İnvestisiyaları, iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə biznes subyektlərinə dəstək, infrastruktur layihələri çərçivəsində əməkdaşlıq və birgə fəaliyyətin səmərəliliyinin artırılması imkanları barədə fikirlərimizi bölüşdük," - deyə nazir qeyd edib.