RU

Fransa əlcəzairli diplomatları ölkədən çıxaracaq

Fransa Əlcəzairin 15 fransız dövlət məmurunu ölkədən çıxarmaq qərarına cavab olaraq yeni əlcəzairli diplomatlara qarşı eyni addımı atacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BFMTV telekanalına müsahibəsində bildirib.

"Bu mərhələdə biz dərhal, qəti və mütənasib cavab verəcəyik - diplomatik pasportları olan, lakin hazırda vizası olmayan bütün agentlərin Əlcəzairə qaytarılacaq", - o bildirib.

Nazir ölkədən çıxarılacaq əlcəzairli diplomatların sayını dəqiqləşdirməyib.

Избранный
0
7
report.az

8Источники