RU

İran və ABŞ nüvə ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər

İran və ABŞ İranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər və növbəti məsləhətləşmələrin vaxtını və yerini müzakirə edirlər.

Editor.az xəbər verir ki, bu məlumatı İRNA agentliyinə müsahibəsində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi verib.

Onun sözlərinə görə, danışıqların aparılması və Tehran və Vaşinqtonun danışıqları davam etdirmək niyyətini təsdiqləməsi danışıqlar prosesinin davam etdiriləcəyindən xəbər verir.

Bəqayi əlavə edib ki, qarşıdan gələn görüşün vasitəçisi və əlaqələndiricisi kimi çıxış edən Oman Xarici İşlər Nazirliyi İran və Amerika tərəfləri ilə əməkdaşlıq çərçivəsində növbəti raundun tarixi və yerini açıqlayacaq. Hazırda hər iki tərəf üçün ən münasib vaxtı müəyyən etmək üçün məsləhətləşmələr aparılır.

İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda baş tutub. Görüşdən sonra Xarici İşlər Nazirliyi nüvə məsələsində tərəflərin mövqelərinin yaxınlaşdığını açıqlayıb. Danışıqların yeni raundunda daha təfərrüatlı yanaşma qəbul edilib: Tehran və Vaşinqton fikir ayrılığına düşdüyü məsələlərə toxunublar və bir-birlərinin mövqelərini daha yaxşı anlamaq imkanı əldə ediblər. Oman Xarici İşlər Nazirliyinin bəyanatına görə, tərəflər sanksiyaların ləğvi və Tehranın dinc nüvə enerjisini inkişaf etdirmək hüququnun qorunması müqabilində İranın nüvə silahı yaratmaq hüququndan tamamilə imtina etməsini ehtiva edən razılaşmanı müzakirə ediblər.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
0
1
editor.az

10Источники