RU

Bu gün final seriyasında altıncı oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının final seriyasında bu gün altıncı oyun keçiriləcək. SİA-nın məlumatına görə, "Sabah" - "Neftçi" qarşılaşması saat 19:00-da başlayacaq.

Görüş Bakı İdman Sarayında təşkil olunacaq. Əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanıb.

Qeyd edək ki, final seriyasında 4 qalibiyyət əldə edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Избранный
0
6
sia.az

10Источники