RU

Ədalətli oyun mükafatlandırması

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 2024-cü ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev çıxış edərək Azərbaycan idmanında əldə olunan uğurlardan danışıblar. Sonra ədalətli oyun sahəsində fərqlənənlərə mükafatlar verilib.

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyası üzrə mükafat Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevə təqdim edilib. Digər nominasiyalar üzrə mükafatlar, idmançı Qaşım Maqomedov (taekvondo), məşqçi Tərlan Həsənov (cüdo), hakim Emil Qurbanəliyev (boks) və ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı seçilən “İctimai TV”yə təqdim olunub.

L.AZAD
XQ

 

Избранный
0
1
xalqqazeti.az

2Источники