Millimizin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.
İdmanxeber.az-ın məlumatına görə, komanda pley-off mərhələsinin həlledici görüşündə “Vlajniya”nı 4:0 hesabı ilə məğlub edib. Zamiq də bu oyunda iştirak edib.
O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.
Zamiq Albaniya təmsilçisinin heyətinə bu mövsümün əvvəlində qoşulub.