RU

"GÖZLƏRİ GÖRMÜRDÜ, QƏLBİ İLƏ GÖRÜRDÜ" - Tanınmışlar şəhid polkovnikin qızının dəfnində / Fotolar

Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Aybəniz Haşımova Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərlinin dəfn mərasimində iştirak ediblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən Xalq artisti Nazpəri Dostəliyeva dərin hüznlə bunları qeyd edib:

"Azərbaycanın qəhrəman şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun bizlərə əmanət qoyduğu balası – 13 yaşlı Səlbi bu gün haqq dünyasına, atasının yanına qovuşdu. Səlbi illərdir ağır böyrək xəstəliyindən əziyyət çəkirdi, dializlə yaşamağa çalışırdı. Gözləri görmürdü, amma qəlbi ilə görürdü, hiss edirdi, sevirdi... Cənnət mələyi olan Səlbi balamıza Allahdan rəhmət diləyirəm!"

Xatırladaq ki, şəhid əmanəti olan Səlbi Cəfərli uzun sürən ağır xəstəlikdən sonra ötən gün dünyasını dəyişib. O, kəskin böyrək çatışmazlığından əziyyət çəkirdi və uzun müddət müalicə almasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, onun atası – polkovnik-leytenant Zaur Cəfərov 2020-ci il Vətən müharibəsi zamanı, oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Избранный
0
1
hurriyyet.az

10Источники