Azərbaycan millisinin üzvü Zamiq Əliyevin də formasınıgeyindiyi “Eqnatiya” Albaniya çempionu olub.
QOL.az xəbər verir ki, komanda pley-off həlledici görüşündə “Vlajniya” ilə qarşılaşıb. "Eqnatiya" 4:0 hesablı qələbə qazanaraq ölkə çempionu olub.
Zamiq də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.
“Vlajniya” - "Eqnatiya" - 0:4
Qollar: Luşka, 6, 49, Melo, 82, Ujka, 90+4