Paytaxt.org saytının əməkdaşı Əmirova Aytən Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət göndərib. Müraciəti aşağıda təqdim edirik:
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazova!
Çox hörmətli cənab general!
" Mən, Əmirova Aytən, şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olan Corat bağları ev 123F, bu məktub vasitəsilə Sizə müraciət edir və ailəmin üzləşdiyi ağır qanunsuzluqlar barədə məlumat vermək istəyirəm. Atam, Əmirov Vəkil Əliəkbər oğlu, 15.10.1952 tarixində doğulmuş və uzun illər Sumqayıt şəhəri Mərkəzi Poçt idarəsində müdir vəzifəsində çalışmışdır. Atam 09.04.2025 tarixində vəfat etmişdir. Ölüm faktı bu günə qədər rəsmi qaydada qeydə alınmayıb. Mənə yalnız ölüm arayışı təqdim olunub, ölüm şəhadətnaməsi isə qanunsuz yollarla Abdullayeva Mehriban adlı qadın tərəfindən ələ keçirilib. Həmin qadın saxtakarlıq edərək və rüşvət vasitəsilə ölüm sənədini əldə edib. Abdullayeva Mehriban bizə 10 min manat pul təklif edərək, saxtakarlıqla əldə etdiyi bütün sənədlərə imza atmağımızı istəyir. Həmin qadın anamın sənədlərində də saxtakarlıq edib. Mən 2018-ci ildə anamın şəxsiyyət vəsiqəsini çıxardaraq onun Sumqayıt şəhərindəki qeydiyyatını və sənədlərini bərpa etdirmişəm. Anam hazırda Sumqayıt şəhəri Ruhi Dispanserdə müalicə alır.
Həmçinin, Abdullayeva Mehriban tərəfindən anam və atamın nigah vəziyyətində saxtalaşdırma edilərək guya 2006-cı ildə boşandıqları, 2010-cu ildə isə Mehribanla nigaha girdikləri göstərilib. Lakin mən 2018-ci ildə ASAN Xidmət vasitəsilə anamla atamın nigahda olduqlarını təsdiqləyən rəsmi sənədi əldə etmişəm. Amma, Abdullayeva Mehriban atamın adında olan hər şeyi saxta səndlərlə əldə etməkdədir, bu səbəbdən də mənə zəng edərək ölüm hədələri və evimin yandırılması təhtitləri edir. Başqa, başqa tarixlərlə atamla saxta nigah şəadətnaməsi və bir çox saxta sənədlər əldə edərək mənə göstərir. Və atamın adında olan daşınmaz əmlakları biz ailəsindən gizli formada mənimsəməkdədir. Atamın bir aydan çoxdur ki, dünyasını dəyiməsinə baxmayaraq Abdullayeva Mehriban hələdə lazımı qrumlara məlumat verməyərək məqsədli şəkildə bundan boyun qaçırır. Bildirim ki, biz qanununi olaraq ailədə 4 övladıq. Amma, bizim haqlarımız Abdullayeva Mehriban tərəfindən oğurlanır və taptalanır. Cənab nazir əlimdə olan bütün sənədləri, eləcə də faktları və səs yazılarını təqdim etməyə hazıram. Öz izahatımda da digər saxtakarlıqlarla bağlı geniş ifadə verəcəyimi bildirirəm!
Sizdən xahiş edirəm ki, məsələni şəxsi nəzarətinizə götürəsiniz, qanunsuz sənəd dəyişiklikləri və saxtalaşdırmalara hüquqi qiymət verib, Abdullayeva Mehriban barəsində tədbir görülməsi və ailəmin hüquqlarının bərpa olunmasına köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkür edirəm!
Hörmətlə, Əmirova Aytən
Əlaqə nömrəsi: 0555376653 / 0509709959
Tarix: 05.12.2025