Məlumata əsasən şagirdlər İslam dininin sələfi (vəhabi) cərəyanına məxsus olan ailələrin övladlarıdırlar.
Sosioloq Lalə Mehralı Demokrat.az-a bununla bağlı açıqlama verib.
O qeyd edib ki, ucqar kəndlərdə bu cür hallar adətən daha çox müşahidə olunur:
“Belə ərazilərdə nəzarət və yoxlama mexanizmləri zəif olduğu üçün, bəzi ailələr erkən nikaha cəlb olunan qızların adının məktəbdə davam etməsi və orta təhsil sənədi alması üçün məktəb rəhbərliyi ilə razılaşmağa çalışırlar. Məqsəd, həmin şəxslərin formal olaraq təhsilini başa vurmuş kimi göstərmək və sənəd əldə etməkdir. Əvvəllər dini inancı olan ailələr orta təhsil sənədinə o qədər də önəm vermirdilər. Onlar üçün tam orta təhsil sənədinin olub-olmaması əhəmiyyət daşımırdı. Lakin son illər bu yanaşmada dəyişiklik hiss olunur. Belə ki, həmin ailələr uşaqlarını dini ali təhsilə yönləndirmək istəyirlər və bu səbəbdən orta təhsil sənədinə ehtiyac duyurlar”.
Sosioloq əlavə edib ki, xarici ölkələrdə dini ali təhsil müəssisələrinə qəbul üçün bu sənəd tələb olunur:
“Bu səbəbdən də bəzən bu ailələr alternativ yollarla məsələn, məktəbdə formal iştirakla və ya rəhbərliklə qeyri-rəsmi razılaşma əsasında övladlarının tam orta təhsil sənədi əldə etməsinə çalışırlar. Hələlik bu faktların nə dərəcədə təsdiqini tapdığını demək çətindir. Yəqin ki, müvafiq qurumlar tərəfindən araşdırma aparılacaq və ictimaiyyətə dəqiq məlumat veriləcək. Hər halda ehtimal etmək olar ki, bu cəhdlərin arxasında övladlarının təhsilinin tam olması ilə bağlı ailələrin artan istəyi dayanır”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
musavat.comYasamalda yataqxanada yaşayan ailələr kömək istəyir ( 17275706)
-
yenisabah.azRusiyada yaşayan azərbaycanlılar hədəf seçildi - “Qovun onları!” ( 17221391)
-
demokrat.az"Həmin ailələr uşaqlarını dini ali təhsilə yönləndirmək istəyirlər və..." — AÇIQLAMA ( 17206745)
-
paytaxt.orgXanım jurnalist Vilayət Eyvazovdan kömək istədi: "Cənab nazir həyatım təhlükədədir...!" - MÜRƏCİƏT ( 17204534)
-
teleqraf.comHacıqabulda seldən zərərçəkən yüz ailə: İcra Hakimiyyətindən kömək istəyirlər ( 17141810)
-
far.azYasamalda ana su borusu PARTLADI– İndi də ÇİRKLİ SU verilir ( 16974236)
-
pravda.azHər günü son gün kimi yaşayan 4 BÜRC ( 16968284)
-
yeniavaz.comTərəflər arasındakı problemləri ailələr arasındakı problemlərə çevirməyin! ( 16957202)
-
yeniavaz.comTərəflər arasındakı problemləri ailələr arasındakı problemlərə çevirməyin! ( 16957199)
-
avtosfer.az32 ildir evində yaşayan keçmiş məcburi köçkünü çıxara bilmir - VİDEO ( 16893548)