RU

DSX-də xidməti-döyüş fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar

Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənmiş bir qrup hərbi qulluqçular Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi tərəfindən təltif olunublar.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunan nailiyyətlərdən danışan DSX-nin rəisi general-polkovnik Elçin Quliyev sərhəd təhlükəsizliyinin mühafizəsinin ali rəhbərlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib, bununla əlaqədar sərhədçilərin üzərinə düşən məsuliyyətin böyük olduğunu, yüksək peşəkarlıq və fədakarlıqla xidmət etmələrini xüsusi vurğulayıb.

Təltif edilən hərbi qulluqçular göstərilən yüksək diqqət və etimada görə minnətdarlıqlarını bildirib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyulmuş tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2

3

4

5

6

Избранный
0
5
poliqon.az

6Источники