Bakı. Trend:
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızınıncinayət işi üzrə məhkəmənin prosesi keçirilib.
Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəanket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası mayın 14-nə təyin olunub.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1(Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələrvə ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrəittiham irəli sürülüb.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"ləriniştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.