RU

Sabah 28 dərəcə isti olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatverib.

Bildirilib ki, lakin səhər yarımadanın bəzi yerlərindəqısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyiəsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbirütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysanxarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıqərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabirduman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti,dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.

Məqalədə:
Избранный
0
49
az.trend.az

10Источники