İngiltərə Premyer Liqa komandası "Mançester Siti" "Adana Dəmirspor"un gənc qapıçısı Deniz Dönmezeri transfer etmək istəyir.
Operativ Media xəbər verir ki, "Mançester Siti"nin qapıçılar departamenti 16 yaşlı gənc qapıçını "Beşiktaş"la matçda stadiondan canlı izləyib.
Türkiyəli qapıçını Türkiyənin böyük klubları da heyətinə qatmaq istəyir.
Türkiyəli jurnalist Levent Ümit Erolun "X" hesabında yazdığı məlumata görə gənc qapıçı mövsüm sonu böyük ehtimalla İngiltərə nəgənginə transfer olacaq.