RU

Zelenski İstanbul danışıqlarına gedəcək

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların mayın 15-də keçirilə biləcəyi Türkiyəyə gedəcək.

Herbiand.az xəbər verir ki, bu barədə “Axios” portalı Ukrayna rəsmisinə istinadən xəbər verib. Portalın məlum atına görə, Zelenski hətta Putin mayın 12-dən atəşkəsə razı olmasa da İstanbul danışıqlarına gedəcək.

Bundan əvvəl Zelenski mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu, həmçinin Rusiyanın mayın 12-dən etibarən “tam və uzunmüddətli” atəşkəslə razılaşacağını gözlədiyini bildirib.

“Bizim Ukraynada danışıqlarda heç bir problemimiz yoxdur – biz istənilən formata hazırıq”, – deyə Zelenski mayın 11-də axşam yayımlanan videomüraciətində bildirib. Ukrayna prezidenti qeyd edib ki, o, “bu dəfə Putinin nəyisə edə bilməməsinin səbəblərini axtarmayacağına” ümid edir. "Biz müharibəni bitirmək üçün danışmağa hazırıq”.

Избранный
0
herbiand.az

1Источники