RU

Moskvada 9 may paradına rəsmi Antihitler koalisiyasından bircə üzv dövlət də qatılmadı....


"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Moskvada keçirilən 9 may qələbə paradı barədə öz fikirlərini paylaşıb. A.Quliyev yazır: "Rəsmi xəbərlərə görə Moskvada 9 May Qələbə paradına 27 dövlətin təmsilçiləri qatıldı.27 dövlətin 7- si MDB ölkələri idi.İkinci dünya müharibəsi vaxtı onlar müstəqil dövlət deyildilər. Hindistan, Vyetnam, Koreya , Slovakiya, Serbiya və Bosniya- Herseqovina da 2- ci dünya müharibəsindən sonra yaradılmış dövlətlərdir. Monqolustan və İsrail də müharibədən sonra yaranmış dövlətlər olduqları üçün faşizmlə mübarizəyə ayrıca dövlət olaraq töhfə verdikləri ilə qürur duya bilməzlər. Venesuela, Kuba, Braziliya da faşizm üzərində qələbəyə heç bir töhfə qatqısı olmayan ölkələrdir.İran müharibə vaxtı Rza şahın özü başda olmaqla gözlərini dikmişdilər Hitlerin ağzına, ölkə faşist casusları ilə dolu olduğu üçün 1941- ci ildə Britaniya cənubdan, SSRİ isə Şimaldan İrana soxularaq ölkəni böldülər və Rza şahı isə qovdular. Beləsinin də 80 iı sonra paradda iştirakı ciddi məzmun sayıla bilməz.Paradın əsas qonağı adlandırılan Çin isə müharibə vaxtı Yaponiyanın işğalı altında idi.

Ən əsası isə odur ki, 2- ci dünya müharibəsində Antihitler koalisiyasının rəsmi üzvü olmuş bircə dövlət belə Moskva paradında iştirak etmədi.Fransa, İngiltərə, ABŞ, Kanada, İspaniya, Portuqaliya və sair heç biri Moskvada yox idi.
Избранный
0
baki-xeber.com

1Источники