RU

Fələstin vitse-prezidenti: Yalnız ABŞ İsraili müharibəni bitirməyə məcbur edə bilər...

Fələstinin vitse-prezidenti Hüseyn Şeyx bildirib ki, yalnız ABŞ İsraili Qəzza zolağında müharibəni dayandırmağa "məcbur edə" bilər...

Poliqon xəbər vriri ki, siyasətçi bu fikri “Əl Ərəbiyyə” telekanalına bildirib. Şeyx həmçinin əlavə edib ki, HƏMAS hərəkatı siyasi həyatdan kənarda qala bilməz.

Eyni zamanda Hüseyn Şeyx HƏMAS-ın münaqişənin sona çatmasına gətirib çıxaracaq “cəsarətli addımlar” atacağına ümid etdiyini bildirib.

“HƏMAS xalqın bir hissəsidir, onu siyasi həyatdan kənarlaşdırmaq olmaz. Amma HƏMAS bizim siyasi sistemimizin bir hissəsi olmaq üçün öz siyasətini dəyişməlidir”, deyə Şeyx Fələstin hakimiyyətinin hərəkatla dialoq apardığını qeyd edib.

“Hazırda Fələstin dövlətinin yaradılmasının ən yaxşı yolu silahlı mübarizədən deyil, İsrailə dinc müqavimətdən keçir”, deyə vitse-prezident əlavə edib.

Qeyd edək ki, dünın HƏMAS İsrail əsgəri və ABŞ vətəndaşı İdan Aleksandrı əsirlikdən azad etməyə hazır olduğunu bəyan edib. Hərəkat nümayəndələri onun azadlığa buraxılmasının atəşkəsə doğru bir addım olacağını vurğulayıblar.

Poliqon.info

Избранный
0
1
poliqon.info

2Источники