İspaniya çempionatında 35-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, “Barselona” doğma azarkeşləri önündə “Real Madrid”i məğlub edib - 4:3.
"Real Madrid"in heyətində Kilian Mbappe het-trik edib.
Bu, XXI əsrdə "Real Madrid" oyunçusu üçün "El-Klassiko"da ilk het-trik kimi tarixə düşüb.
Bir matçda "Real Madrid" forması ilə "Barselona"ya 3 qol vuran sonuncu futbolçu 1995-ci ilin yanvarında çilili hücumçu İvan Zamorano olmuşdu.
Qeyd edək ki, mövsümün bitməsinə 3 tur qalmış Kataloniya təmsilçisi ən yaxın rəqibi "Real"ı 7 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində möhkəmlənib.
Fernandeş Səudiyyə Ərəbistanı yolunda
"İnter"də iki ayrılıq
Nəhənglərlə yarışan tarix, ardıcıl məyusluq - "Ankaragücü"
Kurtuanın taleyinə aydınlıq gəldi
"Bavariya" "Real"ın transfer hədəfi ilə danışıqlara başladı