Sakit okean ada dövləti Tonqa sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb .
Zəlzələ UTC vaxtı ilə saat 22:04-də (Bakı vaxtı ilə 02:04) 22,4 min nəfər əhalisi olan Tonqanın paytaxtı Nuku'alofadan 126 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntıların baş verməsi barədə məlumat verilməyib.