Rusiyanın Kamçatka yarımadasında, Avaçinski körfəzi akvatoriyasında 58 kilometr dərinlikdə 5.1 maqnitudalı zəlzələ baş verib.
Parol.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərinin bəzi hissələrində 3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Qeyd olunur ki, hadisə ilə bağlı sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, bir gün sonra - 9 mayda MOskvada parad keçiriləcək.