RU

Hacı İntiqam ulu öndərə verdiyi hədiyyədən danışdı

"O vaxtlar" verilişinin budəfəki qonağı Şüvəlan sakini Hacı İntiqam olub.

Verilişdə o, imkanlı və hörmətli bir ailədə böyüdüyünü, lakin həyatda hər zaman sadəlik və dürüstlük prinsiplərinə sadiq qaldığını bildirib.

Bir müddət kənd soveti vəzifəsində çalışdığını deyən Hacı İntiqam həmin dövrdə rüşvət almadığını və insanlara imkan daxilində kömək etdiyini vurğulayıb.

O, sahib olduğu evi xeyriyyə məqsədilə satdığını, lakin kömək etdiyi insanların ona təşəkkür belə etmədiyini təəssüflə qeyd edib.

Məkkə ziyarəti zamanı aldığı üç təsbehdən birini ulu öndər Heydər Əliyevə bağışladığını isə xüsusi qürurla xatırlayıb:

"Demişdim ki, Heydər Əliyev hakimiyyətə gəlsə, birini ona verəcəyəm. Verdim də".

Söhbət zamanı Hacı İntiqam kin saxlamağın zərərli olduğunu və insanın başqasına baxaraq əslində özünü gördüyünü bildirib.

Verilişdə onun uşaqlıq xatirələri, atasına bağlılığı, dostluq və sevgi münasibətləri ilə bağlı fikirlərinə də yer verilib.

Ətraflı Baku TV-nin süjetində:

Избранный
0
1
musavat.com

10Источники