RU

Super Liqa: “Beşiktaş” “Adana Dəmirspor”u 4 qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

“Sivasspor” – “Bodrumspor” matçında qapılara qol vurulmayıb. “Göztəpə” – “Hatayspor” görüşündə isə tərəflər hərəyə 1 qol və 11 xalla kifayətləniblər.

“Beşiktaş” da doğma meydanda “Adana Dəmirspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi elitanı tərk edəcəyi dəqiqləşmiş bu rəqibinə böyük hesabla qalib gəlib.

Super Liqada 35-ci tura mayın 12-də keçiriləcək “Kayserispor” – “Antalyaspor” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
35-ci tur

9 may

Başakşəhər – Fənərbağça 1:4
Qollar: O.Beyaz, 90+1 – M.Müldür, 44. M.Şkrinyar, 60. Ən-Nəsiri, 86. O.Aydın, 90+3.

Qaziantep – Alanyaspor 0:1
Qol: Şporar, 52.

10 may

Eyüpspor – Kasımpaşa 0:3
Qollar: Da Kosta, 38; 64. C.Keleş, 90+1.

Konyaspor – Rizəspor 2:1
Qollar: U.Nayir, 47; 77 – Vareşanoviç, 71.

Trabzonspor – Qalatasaray 0:2
Qollar: A.Bardakçı, 66. Morata, 84.

11 may

Sivasspor – Bodrumspor 0:0

Beşiktaş – Adana Dəmirspor 4:1
Qollar: R.Silva, 29. Raşiça, 44. İmmobile, 62. J.Mario, 83 – A.Kurtulan, 45+8.

Göztəpə – Hatayspor 1:1
Qollar: K.Kanatsızkuş, 19 – Butobba, 27.

12 may

21:00. Kayserispor – Antalyaspor

Избранный
0
1
arena.az

2Источники