AZ

Super Liqa: “Kayserispor” 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kayserispor” doğma meydanda “Antalyaspor”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.

Beləliklə, Super Liqanın cari mövsümündə sona 3 tur qalmış “Qalatasaray” 86 xalla vahid liderdir. “Fənərbağça” 78 xalla ikinci, “Beşiktaş” 58 xalla üçüncü pillədə qərarlaşıb. “Samsunspor”un 57, “Başakşəhər”in 51, “Eyüpspor”un 50 xalı var.

Türkiyə, Super Liqa
35-ci tur

9 may

Başakşəhər – Fənərbağça 1:4
Qollar: O.Beyaz, 90+1 – M.Müldür, 44. M.Şkrinyar, 60. Ən-Nəsiri, 86. O.Aydın, 90+3.

Qaziantep – Alanyaspor 0:1
Qol: Şporar, 52.

10 may

Eyüpspor – Kasımpaşa 0:3
Qollar: Da Kosta, 38; 64. C.Keleş, 90+1.

Konyaspor – Rizəspor 2:1
Qollar: U.Nayir, 47; 77 – Vareşanoviç, 71.

Trabzonspor – Qalatasaray 0:2
Qollar: A.Bardakçı, 66. Morata, 84.

11 may

Sivasspor – Bodrumspor 0:0

Beşiktaş – Adana Dəmirspor 4:1
Qollar: R.Silva, 29. Raşiça, 44. İmmobile, 62. J.Mario, 83 – A.Kurtulan, 45+8.

Göztəpə – Hatayspor 1:1
Qollar: K.Kanatsızkuş, 19 – Butobba, 27.

12 may

Kayserispor – Antalyaspor 3:1
Qollar: M.Kardozo, 12; 29; 63-pen – Talisson Kelven, 26.

Seçilən
0
1
arena.az

2Mənbələr