RU

HƏMAS ABŞ vətəndaşını azad edəcək

BAKI, 11 may. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı ABŞ vətəndaşı olan bir israilli girovu azad edəcəyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, müvafiq bəyanat radikalların Telegram-kanalında dərc olunub.

Xəbərdə deyilir: “HƏMAS son bir neçə gün ərzində ABŞ administrasiyası ilə danışıqlar aparıb və məsləhətləşmələrdən sonra müsbət münasibət nümayiş etdirmək və ikili vətəndaşlığı olan israilli girov Eden Aleksandrı azad etmək qərarına gəlib”.

HƏMAS girovun nə vaxt azad olunacağını dəqiq açıqlamayıb. Qeyd olunur ki, radikallar Qəzza ilə bağlı "dərhal intensiv danışıqlara başlamağa hazırdırlar" və "Qəzzada döyüşlərin dayandırılması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı razılığa gəlmək üçün ciddi səylər göstərəcəklər".

Избранный
0
39
teleqraf.com

10Источники