RU

"Real"ı məğlub edən "Barselona" La Liqada liderliyini möhkəmləndirib

İspaniya La Liqasının XXXV turunda "El-Klasiko" baş tutub.

"Report"un məlumatına görə, "Barselona" "Real"ı qəbul edib.

Qarşılaşma Kataloniya təmsilçisinin qələbəsi ilə bitib - 5:3. Meydan sahiblərinin heyətində 19-cu dəqiqədə Erik Qarsiya, 32-ci dəqiqədə Lamin Yamal, 34 və 45-ci dəqiqələrdə Rafinya, 90+5-ci dəqiqədə Fermin Lopes fərqlənib.

Qonaqlarda Kilian Mbappe 5 (p), 14 və 70-ci dəqiqələrdə adını tabloya yazdırıb.

Sona üç tur qalmış xallarının sayını 82-yə çatdıran "Barselona" liderliyini möhkəmləndirib. Madrid klubu 75 xalla ikinci sıradadır.

   
Избранный
0
7
far.az

9Источники