RU

Rayonlara dolu yağıb - Fotolar

Bu gün Goranboyun Rus Borisi və Göygöl rayonun Tüllalar kəndində dolu düşüb. 

“Qafqazinfo” xəbər verir ki, qeyri-sabit hava şəraiti adıçəkilən kəndlərə ciddi problem yaratmayıb. 

Hazırda Gəncə və ətraf bölgələrdə yağışlı hava şəraiti davam edir.

Bundan başqa, Tərtərə də dolu düşüb. Rayonun Qaradağlı və Xoruzlu kəndlərində yağan güclü dolu həyətdə əkilən şitilləri yararsız hala salıb. Qeyri-sabit hava şəraiti davam edir. 

Yunis Quliyev, Ziya Əmirxanlı




Избранный
0
qafqazinfo.az

1Источники