RU

"Qarabağ" turun son oyununda "Araz-Naxçıvan"ı məğlubETDİ

Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, sonuncu matçda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Çempionluğunu təmin etmiş "köhlən atlar" xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır.

Günün ilk matçında "Kəpəz" "Sumqayıt"a qalib gəlib - 1:0.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

Избранный
0
11
redaktor.az

10Источники