Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.
Publika.az xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Çempionluğunu təmin etmiş "köhlən atlar" xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır.