Ağdaşda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub.
Xezerxeber.az xəbər verir ki, tədbir ümummilli liderin abidəsini ziyarətlə başlayıb.
Ağdaş rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri abidəni ziyarət edib və önünə tər güllər qoyublar.
Ardınca məktəblilərin iştirakı ilə flaşmob təşkil edilib. Meydana toplanan şagirdlər "Dahi Rəhbər, 102" yazısını nümayiş etdiriblər.
Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda isə bayram ab-havası yaşanıb. Konsert sakinlərdə xoş təəssürat yaradıb, böyük coşqu yaşanıb.
Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konsertdə bir-birindən maraqlı ifalar təqdim edilib, proqram boyunca Ulu Öndərin Azərbaycanda siyasi fəaliyyəti dövründə bütün sahələrə, o cümlədən mədəniyyətimizin inkişafına göstərdiyi qayğıdan bəhs olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.