İsmayıllıda avtomobil qəzası baş verib.
Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində baş verib.
“Range Rover” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Anar Anar, 1961-ci il təvəllüdlü Ramiz Ömərov və 1963-cü il təvəllüdlü Nailə Ömərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Son Yazılar:
- İsmayıllıda iki avtomobil toqquşdu, 3 nəfər xəsarət aldı
- Goranboy və Göygölə dolu DÜŞDÜ
- PKK terror təşkilatı ləğv olunur
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.