RU

İsmayıllıda yol qəzası: 3 nəfər xəsarət aldı

İsmayıllıda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində baş verib.

“Range Rover” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Anar Anar, 1961-ci il təvəllüdlü Ramiz Ömərov və 1963-cü il təvəllüdlü Nailə Ömərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
0
12
yenisabah.az

10Источники