RU

“El Klasiko”da “qol yağışı”: Mbappe het-trik etdi, qazanan "Barsa" oldu

BAKI, 11 may. TELEQRAF

İspaniya La Liqasında 35-ci turun mərkəzi qarşılaşmasında “Barselona” əzəli rəqibi “Real Madrid”i qəbul edib.

Teleqraf xəbər verir ki, oyuna qonaqlar fəal başlayıb. Fransalı forvard Kilian Mbappe 5-ci və 14-cü dəqiqələrdə “Barsa”lı azarkeşləri məyus edib.

“El Klasiko”da qonqaların üstünlüyü çox çəkməyib. Erik Qarsiya 19-cu dəqiqədə fərqi azaldıb. Qarşılaşmaının 32-ci dəqiqəsində “Barsa”nın gənc ulduz Lamin Yamal bərabərlik qolunu vurub. Cəmi 2 dəqiqə sonra Rafinya meydan sahiblərini hesabda önə keçirib. “Barsa” fasiləyə qədər daha bir qol vurub. Rafinya 45-ci dəqiqədə dubla imza atıb.

Oyunun 70-ci dəqiqəsində Mbappe het-trikə imza atsa da, “Real Madrid” məğlubiyyətdən yaxa qurtara bilməyib.

Beləliklə, gərgin mübarizə şərəitində keçən “El Klasiko”da “Barselona” 4:3 hesabı ilə qələbə qazanıb.

Избранный
0
teleqraf.com

1Источники