RU

MPL: “Kəpəz” "Sumqayıt"a qalib gəldi

Bu gün Misli Premyer Liqasının 34-cü turunda “Kəpəz” Tovuz şəhər stadionunda “Sumqayıt”ı qəbul edib.

İki sahil”in məlumatına görə, yarışda yeganə qolu 11-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən “Kəpəz”in futbolçusu Rauf Hüseynli vurub.

Bununla da qələbəni təmin edən Gəncə təmsilçisi xal ehtiyatını 32-yə çatdıraraq turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Hesabında 30 xalı olan Sumqayıtın eyniadlı komandası ilə 9-cü pilləyə düşüb.

Misli Premyer Liqası,

34-cü tur

11 may (bazar)

18:00. “Kəpəz” 1-0 “Sumqayıt”

Qol: Rauf Hüseynli, 11 - pen.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Tovuz şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
0
ikisahil.az

1Источники