Bu gün Misli Premyer Liqasının 34-cü turunda “Kəpəz” Tovuz şəhər stadionunda “Sumqayıt”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışda yeganə qolu 11-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən “Kəpəz”in futbolçusu Rauf Hüseynli vurub.
Bununla da qələbəni təmin edən Gəncə təmsilçisi xal ehtiyatını 32-yə çatdıraraq turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Hesabında 30 xalı olan Sumqayıtın eyniadlı komandası ilə 9-cü pilləyə düşüb.
Misli Premyer Liqası,
34-cü tur
11 may (bazar)
18:00. “Kəpəz” 1-0 “Sumqayıt”
Qol: Rauf Hüseynli, 11 - pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Tovuz şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”