Xəbər verdiyimiz kimi, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam şəhərində Muğam Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə geniş konsert proqramı təqdim olunub.
Manset.az-ın məlumatına görə, mərkəzin açılışından sonra tədbirdə iştirak edən tanınmış mədəniyyət xadimləri və ziyalılar Ağdamın gəzməli-görməli yerlərini, eləcə də İmarət Tarix-Memarlıq Kompleksini ziyarət ediblər.
Kompleks haqqında qonaqlara ətraflı məlumat verilib.












