Bakı, 11 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın İraqdakı səfirliyi ziyarət edilib.
Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Bildirilib ki, səfirlik, İraq Daxili İşlər Nazirliyinin diplomatik nümayəndəliklərin mühafizəsi idarəsinin rəisi general-leytenant Balasim Haməd Həsən, Türkiyənin Bağdaddakı səfirinin müavini Hüseyn Xəncər, habelə Ərbil Yazıçılar Birliyinin sədri Yaşar Altıbarmağın rəhbərlik etdiyi 5 nəfərdən ibarət yazıçılar qrupu tərəfindən ziyarət olunub.