RU

İran-ABŞ danışıqlar BAŞA ÇATDI - Bu raund ÇƏTİN KEÇİB

İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış vəziyyəti nizamlamaq üçün İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu Omanın paytaxtı Maskatda başa çatıb.

Musavat.com xəbər verir ki, bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

Agentliyin istinad etdiyi analitiklərin fikrincə, bu raund əvvəlkilərlə müqayisədə daha çətin keçib.

“İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu başa çatıb. Bu çətin, lakin fikir ayrılıqlarının aradan qaldırılması üçün məqbul və real yolların axtarışında qarşılıqlı mövqeləri daha yaxşı anlamaq baxımından faydalı danışıqlar oldu”, – deyə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi "X" sosial şəbəkəsində yazıb.

İran televiziyasının məlumatına görə, İran və ABŞ arasında danışıqların növbəti raundu yaxın vaxtlarda baş tutacaq.

Musavat.com

Избранный
0
50
musavat.com

10Источники