İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində "Nyukasl Yunayted" evdə "Çelsi"ni məğlub edib.
Manset.az xəbər verir ki, matçda 2:0 hesablı qələbə qeydə alınıb.
Sandro Tonali və Bruno Qimaraynş qələbə gətirən qolları vurublar. "Çelsi"nin heyətində Nikolas Cekson 90-cı dəqiqədə qırmızı vərəqə alıb.
Bu nəticədən sonra "Çelsi" 63 xalla beşinci yerdədir. Üçüncü pillədə qərarlaşmış "Nyukasl Yunayted"in aktivində isə 66 xal var.