RU

"Turan Tovuz" - "Neftçi" oyununda kütləvi dava - VİDEO

  Əvəzedicilər Liqasının XXXIV turunda bu gün baş tutan “Turan Tovuz-2” - “Neftçi-2” oyunu zamanı kütləvi dava baş verib.

Hadisə Tovuz şəhər stadionunda 2:2 hesablı heç-heçə ilə bitən qarşılaşmanın 59-cu dəqiqəsində yaşanıb.

“Ağ-qaralar”ın oyunçusu Murad Məmədova qarşı qayda pozuntusuna yol verdiyi üçün komanda yoldaşı İbrahim Novruzov rəqibin üzvü Nihad Qurbanzadəyə hücum çəkib. Bundan sonra digər futbolçular onları ayırmağa çalışarkən dava daha böyük miqyas alıb.

Baş hakim Kamranbəy Rəhimov təcavüzkar davranışa görə Cavid Qasımova qırmızı vərəqə, Nihat Qurbanzadə, İbrahim
Novruzov və Kamal Kazımova isə sarı vərəqə göstərib.

Bundan başqa İsmayıl İsmayılov 63-cü, Fərid Cəfərov isə 83-cü dəqiqələrdə “qırmızı” alıblar.

Xatırladaq ki, bu komandaların üçüncü dövrədəki qarşılaşmasında da bu cür kütləvi dava baş vermişdi.

Qeyd edək ki, “Neftçi-2” hazırda 67 xalla turnir cədvəlinin ikinci, “Turan Tovuz-2” isə 60 xalla üçüncü pilləsində yer alır./teleqraf  


Избранный
0
1
referans.az

2Источники