Şuşa. Trend:
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslıtikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi simasıvə mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğmasakinlərinə yenidən qucaq açır. İndiyədək Şuşaya 376 ailə,ümumilikdə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov Trend-in bölgə müxbirinəbildirib ki, mayın 9-da Prezident İlham Əliyev və birinci xanımMehriban Əliyevanın iştirakı ilə təməli qoyulan dördüncü yaşayışkompleksində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumisahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilininşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlımənzillər olacaq. Yaşayış kompleksinin ərazisində zəruri sosialinfrastruktur yaradılacaq.
Qeyd edək ki, indiyədək Şuşada 450 mənzildən ibarət 23 binasakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üçlayihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığıçərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşaedilir. Onların sırasına mehmanxana, ofis binaları və digərobyektlərin tikintisi daxildir.