RU

Bu klubun avtobusu qəzaya düşdü: Bir oyunçu oldü

Bu gün “Monako-3” basketbol komandası knyazlıq ərazisində ciddi yol-nəqliyyat qəzasına düşüb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 17 yaşlı basketbolçu dünyasını dəyişib. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Qəza yerli vaxtla təxminən saat 03:00 radələrində A8 avtomagistralında, Le-Kann-de-Mor yaxınlığında baş verib. Komandanı daşıyan mikroavtobus səfərdə “Terres Froides” ilə keçirilən oyundan qayıdarkən qəzaya uğrayıb. Gənc basketbolçu aldığı xəsarətlərdən hadisə yerində keçinib. Onun 24 yaşlı komanda yoldaşı ağır vəziyyətdə helikopterlə Tulon şəhərindəki Müqəddəs Anna xəstəxanasına aparılıb. Mikroavtobusda olan digər dörd sərnişin isə yüngül xəsarətlər alıb.

Избранный
0
publika.az

1Источники